AZ

Ronaldonun bu hərəkəti səs-küyə səbəb oldu

Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo yoldaşlıq görüşündə Sloveniya (0:2) məğlubiyyətinin ardından hakimlərə sərt təpkisi göstərib.

İdmanxeber.az-ın məlumatına görə, soyunub-geyinmə otağına gedərkən 39 yaşlı yarımmüdafiəçi ehtiyat hakimin üstünə qışqıraraq, iki barmağı ilə Sloveniyanın qapısına  təyin edilməyən penaltiləri nəzərdə tutub.

Bu hadisə televiziyada canlı yayımlanıb və sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

phrase_var_article.chosen
58
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close