AZ

Bakı sakininin telefon və çantasını talayan şəxs saxlanıldı

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov
Seçilən
23
28
Mənbələr
Şərh ()
Bağla