AZ

Qərb sülh əvəzinə müharibə axtarır... - TƏHLİL

Həmişə olduğu kimi, Qərb yenə Nikol Paşinyanın üzərindən Qafqazda təhlüəkli oyunlara girişib. İndi də N.Paşinyanı Brüsselə sürükləməklə yeni gərginliyin əsasını qoymağa çalışırlar. Gün kimi aydındır ki, birtərəfli qaydada Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması, Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olmaq istəyi bizim ölkəmizə yaxşı heç nə vəd etmir. Çünki bu, hər şeydən əvvəl, "Hayastan"da revanşizmin dirçəlməsinə, nəticədə yenidən müharibənin alovlanmasına səbəb ola bilər. Bu mənada demək olar ki, Qərb Rusiya ilə bağlı planlarını reallaşdırmaq niyyəti ilə hazırda Cənubi Qafqazda hökm sürən sabitliyi pozmağı əsas məqsəd kimi qarşısına qoyub. Bir sözlə, açıq şəkildə görünür ki, qərb dairələri Cənubi Qafqazı yeni qan çanağına döndərmək üçün çırpınırlar. Həttda həyasızcasına.ERMƏNİSTANI MÜHARİBƏYƏ SÜRÜKLƏYƏN Aİ MİSSİYASI SƏRHƏDDƏKİ TƏXRİBATA GÖRƏ CAVAB VERMƏLİDİR
5 aya yaxın dövr ərzində Azərbaycan və Ermənistan arasında davam edən sabitlik, bu il sülh prosesinin imzalanacağına dair müsbət açıqlamalar, müxtəlif səviyyələrdə verilən xoş mesajlar növbəti təxribat-sərhədçimizin snayperlə vurulması nəticəsində sıfır nöqtəsinə enməkdədir. Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində azərbaycanlı hərbi qulluqçunun yaralanması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Amma sülh prosesinə, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi zərbə vuran bu hadisəni Ermənistan təkbaşınamı həyata keçirib? Ermənistanı bu cür təxribatlara həvəsləndirən hansı qüvvələrdir? Müşahidələr son bir neçə ayda mövcud olan sabitliyin məhz Qərbi narahat etdiyini, ABŞ və Fransanın mövcudluqlarını regionda saxlamaq üçün vəziyyəti gərginləşdirəcəklərini göstərirdi.İndiki durumun yaranmasında Qərbin, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının arzuolunmaz rolunu gizlətmək mümkün deyil. Məhz Qərb, onun missiyası Ermənistanı sülhə yox, belə təxribatlara sövq edir. Bu missiya indiyə qədər bölgədə sülhün təminatı üçün hansısa işlər görübmü? Xeyr! Tam əksinə, Qərbin missiyası bölgəyə daxil olandan sonra təxribatlar, sülhü təhdid edən addımlar intensiv xarakter alıb. Aİ missiyası genişləndikcə, təxribatlar da genişlənib. Missiya genişləndikcə, Ermənistanın sülhdən qaçması sürətlənib. Qərb bölgəyə soxulduqca Ermənistanda revanşist qüvvələrin səsi daha gur çıxmağa başlayıb. Ermənistan, onun arxasında duran Qərb reallığı nə qədər tez anlasa, bir o qədər sülh tez əldə oluna bilər. Sərhəddəki təxribata verilən cavab, həyata keçirilən "Qisas əməliyyatı" onlara növbəti dərs olmalıdır. İndiyə qədər olduğu kimi bundan sonra da hər bir təxribat şiddətli şəkildə cavablandırılacaq və bunu törədənlər layiqli cəzalarını alacaqlar.Bu yerdə bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli "Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan" adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qərbdəkilərin yırtıcı niyyətinin açıq-aşkar ortada olduğunu göstərir. Bu məsələdə ən aktiv siyasi çuğul heç şübhəsiz ki, Fransa prezidenti Emmanuel Makrondur ki, bütün dünyada məsxərə hədəfi olan şəxsi "keyfiyyətlərinin" biabırçılığını indi də Cənubi Qafqazda qan tökməklə "kompensasiya" etmək istəyir.Bəli, yenə də Azərbaycanın uğurlarını həzm edə bilməyən E.Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni bu şəkildə dəstəkləməklə bölgədə gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa rəsmiləri anlamalıdırlar ki, atdıqları bu kimi addımlarla heç nə əldə edə bilməyəcəklər, necə ki, nail ola bilmirlər. Bu yerdə onu da xatırladaq ki, Fransa son illər bu kimi məsələləri dəfələrlə BMT TŞ-na çıxarıb, lakin orada Azərbaycan əleyhinə təkliflər gündəliyə salınmayıb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan öz müstəqilliyinə və tam suverenliyinə qovuşmaq üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib. Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğrayıb.Prezident İlham Əliyev bu yaxınlarda əbəs yerə bəyan etməmişdi ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır.Bəli, Ermənistanın bu təxribat oyununun halqasına çevrilməsinə daha bir sübut. Avropa İttifaqının Ermənistandakı misisysasının statusunun parlamentdə ratifikasiya olunması aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arsında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu, həm sülh prosesinə zərbədir, həm də Azərbaycanın maraqlarına ziddir. Çünki, bütün bu proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda Ermənistan hakimiyyəti isə regiona ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Bu yerdə belə bir sual ortaya çıxır: ABŞ və Aİ-nın hərbiçiləri Ermənistanı kimdən qorumaq üçün zəmanət vermək istəyir? Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir. Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiyanın və İranın maraqlarına da ziddir. Çünki, uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur. ABŞ-ın hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaqdır. Beləliklə Rusiya hərbiçiləri ilə Qərbin hərbiçiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq.
Bu yerdə onu da vurğulayaq ki, Ermənistanı əzizləyib Azərbaycan əlehyinə yeni müharibəyə sövq edənlərin siyahısında daha biri var: Hindistan!
Bu ölkə ermənilər üçün sanki "əldən-ayağdan" getmək siyasəti yürüdür. Erməni və hind sevgisi hardan qaynaqlanır belə? – bilən də yoxdur soruşasan, yazılmayıb ki oxuyasan... Bu günlərdə Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana "strateji yüklərin ixrac"ına başlayıb. Bu barədə "Telegram" kanalları məlumat yayıb. Bir sözlə, son dövrlər Ermənistanın Hindistanla silah sahəsində əməkdaşlığı artır. Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Bu hadisənin ardınca Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yerli KİV-ə müsahibəsində bildirib ki, Hindistandan gətirilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. O bildirib ki, əlində Hindistandan gətirilən silahların vəziyyətinə dair yazılı məlumat var.Beləliklə, həm qərb, həm də Hindistan və digərləri var gücləri ilə Ermənistanı nəticəsi öncədən məlum olan müharibə fəlakətinə sürükləyirlər. Niyyətləri bəllidir: nə olursa olsun qan tökülsün, Ermənistanın kapituliyasiya durumundan çıxarsınlar, dağıdıcı müharibə yolu ilə nələrisə dəyişsinlər. Amma normal düşüncə və reallığı anlamaq qabiliyyəti olan hər kəs bilir ki, hazırda Ermənistanın düşdüyü durumdan çıxması sadəcə mümkünsüzdür. 44 günlük müharibənin nəticələrini dəyişmək isə həm xülyadır, həm də yırtıcı maraqlar üçün hazırlanan qanlı ssenari, vəssalam.RƏFİQƏ KAMALQIZI

phrase_var_article.chosen
113
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close