AZ

Xankəndidə silah və sursatlar aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə  qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri də davam etdirirlər. Martın 27-də onlar paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 66 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 
 
P.ƏMİRCANOV
XQ

Seçilən
160
9
Mənbələr
Şərh ()
Bağla