AZ

Kolumbiya argentinalı diplomatlar deportasiya edəcək

Argentina Prezidenti Xavyer Mileinin Kolumbiya Prezidenti Qustavo Petronun “qatil terrorçu” olduğunu deməsindən sonra Kolumbiyadakı bütün argentinalı diplomatların deportasiya ediləcəyi açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileinin Prezident Petro haqqında "qəbuledilməz" ifadələr işlətdiyi və bütün argentinalı diplomatların deportasiya ediləcəyi açıqlanıb.

Prezident Petronun Kolumbiya xalqının “azad iradəsi” nəticəsində demokratik şəkildə seçildiyini xatırladan bəyanatda: “Argentina Prezidentinin açıqlamaları təkcə millətimizin etibarına xələl gətirmədi, həm də demokratik yolla seçilmiş dövlətimizin şərəfinə xələl gətirdi", - deyə vurğulanıb.

Qeyd edək ki, Milei CNN-ə verdiyi müsahibədə Petro haqqında: "Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz", - deyib. Yerli mətbuatın məlumatına görə, Kolumbiya Xarici İşlər Nazirliyinin deportasiya qərarını diplomatik kanallarla Argentina səfirliyinə çatdıracaq.

Malik Atilay























Bizi Facebookda izləyin

phrase_var_article.chosen
21
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close