AZ

Alla Puqaçovanın “Crocus”daki faciə ilə bağlı paylaşımı QALMAQAL YARATDI - FOTO

Rusiyanın Xalq Artisti Alla Puqaçova “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, estrada ulduzu sosial şəbəkə hesabında yayımladığı postu ilə həmkarlarını biabır edib. 

Puqaçova, fotosunu izləyiciləri ilə bölüşərək “Kədər “Instagram”da deyil, ruhda olmalıdır, Amin!” sözlərini yazıb. 

Onun bu paylaşımı isə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Allanı tənqid atəşinə tutublar. 
Qeyd edək ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da tamaşaçılara atəş açan silahlı şəxslər binanı yandırıblar, nəticədə bina tamamilə yanıb və dam örtüyü uçub. Son məlumatlara görə, terror aktı nəticəsində 143 nəfər həlak olub, 180-dən çox insan yaralanıb, 70-dən çox insan isə xəstəxanalarda qalır. Terror aktı ilə bağlı 8 nəfər, o cümlədən istintaqın hücumun bilavasitə iştirakçısı hesab etdiyi dörd nəfər həbs edilib.



Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
24
50
Mənbələr
Şərh ()
Bağla