AZ

“Krokus” terrorçusunun bütün qohumları dindirildi

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan Tacikistandan vətəndaşı Fəridun Şəmsiddinin bütün qohumları dindirilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Asia-Plus" məlumat yayıb. 

Bildirilir ki, Şəmsiddinin evi Düşənbədən 25 kilometr aralıda, Loyobi kəndində yerləşir. Şübhəlinin əmisinin arvadı agentliyə müsahibəsində bildirib ki, bütün qohumlarını aparan “rəsmi geyimli şəxslər” çox güman ki, Tacikistanın təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. 

Eyni zamanda, onun bacısı və üç uşağı Rusiyadan deportasiya edilib. “Asia-Plus”un məlumatına görə, Məhbubə Zəgərovanın 3 övladı ilə ölkədən getməsi tələbi onun Fəridunu evində qeydiyyata alması ilə əsaslandırılıb.

Martın 22-də axşam saatlarında "Crocus"da terror aktı baş verib. Müstəntiqlərin fikrincə, Piknik qrupunun çıxışından əvvəl avtomatlarla silahlanmış 4 nəfər ziyarətçilərə atəş açıb, daha sonra hücumu konsert məkanının daxilində davam etdirib.

Gülayə Mecid

 

Seçilən
24
15
Mənbələr
Şərh ()
Bağla