AZ

Azərbaycanın xaricdən aldığı paltaryuyanlar 18% bahalaşıb- İDXAL 40% ARTIB

2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən 4 milyon 730 min ABŞ dolları dəyərində 19 min 827 ədəd paltaryuyan maşını idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 1 milyon 868 min dollar və ya 65,3%, həcm baxımından 5 min 625 ədəd və ya 39,9%  çoxdur.

İdxal edilmiş paltaryuyanların çeşidləri isə aşağıdakı kimidir:

Paltaryuyan nmaşınlar

Sayı

Dəyəri

(min dollar)

1 ədəd paltaryuyanın qiyməti (dollar)

1 ədəd paltaryuyanın qiyməti (manat)

  Tutumu 10 kq quru paltardan çox olmayan, tam avtomatik paltaryuyan maşınlar

18 761

4 438 610

237

402

  Tutumu 10 kq quru paltardan çox olmayan paltaryuyan maşınlar, mərkəzdənqaçma sıxma qurğuları ilə təchiz olunmuş

122

14030

115

196

  Tutumu 10 kq quru paltardan çox olmayan digər paltaryuyan maşınlar

515

50430

98

166

  Tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar

429

227010

529

900

2023-ci ilin yanvar ayında xaricdən 2 milyon 862 min dollar dəyərində 14 min 171 ədəd paltaryuyan maşını idxal  edilib.

1 ədəd paltaryuyan maşının idxal qiyməti 2024-cü ilin ilk ayında 239  dollar (406 manat), 2023-ci ilin eyni dövründə 202 dollar (343 manat) təşkil edib.  Qiymətlərdə son bir ildə 37 dollar, yəni 62 manat (18,1%) bahlaşma baş verib.

phrase_var_article.chosen
43
12
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close