AZ

“Bavariya”nın baş məşqçisi ola bilər

"Bavariya" "Aston Villa"nın baş məşqçisi Unai Emerinin namizədliyini nəzərdən keçirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Bavariya" ispan mütəxəssis Unai Emerinin xeyrinə seçim edə bilər.

Mənbənin məlumatına görə, Münhen klubunun əsas hədəfi “Bayer”in çalışdırıcısı Xabi Alonso olaraq qalır. Lakin mövsümün sonunda Yurgen Kloppdan ayrılacaq "Liverpul"dan ona olan güclü maraq səbəbindən alman klubu başqa variantları nəzərdən keçirir.

Daha əvvəl bildirilirdi ki, “Bavariya” Almaniya millisinin hazırkı çalışdırıcısı, əvvəllər Münhendə çalışmış Julian Naqelsmann və Premyer Liqa klubunun digər məşqçisi “Brayton”dan Roberto De Zerbini də nəzərdən keçirir.

"Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuxeldir, o, fevral ayında 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayıb. Bu mövsümün 26 turundan sonra Münhen klubu Bundesliqa turnir cədvəlində “Bayer”dən 10 xal geri qalaraq ikinci yerdədir.

52 yaşlı Unai Emeri 2022-ci ildən bəri İngiltərənin “Aston Villa” klubuna başçılıq edir. 2012-ci ildə ispaniyalı Moskva "Spartak"ında çalışıb, Emeri həmçinin La Liqa klublarına - "Almeriya", "Valensiya", "Sevilya", "Vilyarreal"a, həmçinin Fransanın PSJ-yə və İngiltərənin "Arsenal"ına başçılıq edib. Məşqçi kimi o, dördqat Avropa Liqasının qalibi və Fransa çempionudur.

Seçilən
122
29
Mənbələr
Şərh ()
Bağla