AZ

ABŞ Moskvada terror təhlükəsinə dair bütün məlumatları Rusiyaya ötürməyib - “The New York Times”

ABŞ xüsusi xidmət orqanları Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı təhlükəsi ilə bağlı əldə etdikləri bütün məlumatları Rusiyaya ötürməyib.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşr ABŞ-ın öz mənbələrini açıqlamaqdan qorxduğunu bildirib.

“Vaşinqton və Moskva arasındakı düşmənçilik münasibətləri ABŞ rəsmilərinin terror planı haqqında məlumatı lazımdan artıq paylaşmasına mane olub. Birləşmiş Ştatlar Rusiya hakimiyyətinin ABŞ kəşfiyyatının mənbələri və üsulları haqqında öyrənəcəyindən qorxub”, – qəzet qeyd edir.

Azpost.info

phrase_var_article.chosen
168
20
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close