AZ

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

Misirin

Bakı, 28 mart, AZƏRTAC

Misirin Xilafət dövründə ilk paytaxtı olmuş qədim Fustat şəhərindəki Misir Sivilizasiyası Milli Muzeyində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə aparıcı media nümayəndələri ilə görüş olub.

Misirin nüfuzlu “Cümhuriyyə” qəzetinin müxbiri Mustafa Yasin AZƏRTAC-a bildirib ki, iftar süfrəsi arxasında keçirilən görüşdə yerli media nümayəndələri ilə Azərbaycanın səfiri Elxan Poluxov arasında maraqlı dialoq aparılıb.

Azərbaycan diplomatı Misir-Azərbaycan əlaqələrinin bütün iqtisadi, kommersiya və investisiya səviyyələrində çiçəklənmə dövrü yaşadığını, xüsusən də Prezident Əbdülfəttah əs-Sisinin Bakıya səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə konstruktiv danışıqlar apardığını və mühüm razılaşmalar əldə olunduğunu diqqətə çatdırıb. O əlavə edib ki, iki ölkənin müxtəlif qurumları arasında qarşılıqlı səfərlər davam edir, habelə misirli jurnalistlər də ölkəmizdə keçirilən müxtəlif tədbirlərə dəvət olunurlar.

Səfir mübarək Ramazan ayında Misirdəki xüsusi ab-havanın olduğunu qeyd edib və dost ölkənin xalqına bu münasibətlə təbriklərini çatdırıb. O əlavə edib ki, Azərbaycan dövləti İslam dəyərlərinin qorunmasına və insanların dini etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirir. Ölkəmiz, eyni zamanda, sülh və tolerantlıq, dinlər və mədəniyyətlər arasında dialoq məkanına çevrilib. Bu istiqamətdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə misirli siyasətçilər və alimlər də iştirak edirlər.

E.Poluxov, həmçinin misirli jurnalistlərə Azərbaycanda söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Səfir Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyini, bu sahədə Azərbaycan-Misir əməkdaşlığının və koordinasiyasının olacağını və ölkəmizin əvvəllər COP27-yə ev sahibliyi etmiş Misirin təcrübəsindən yararlanacağını bildirib.

phrase_var_article.chosen
55
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close