AZ

“Rusiya yaradılmış Hindistan-Yunanıstan-Ermənistan oxunu bəyənmir” - Hindistanlı politoloq

“Pakistan-Azərbaycan-Türkiyə oxuna qarşı Hindistan-Yunanıstan-Ermənistan oxu yaradılır. Hindistan-Yunanıstan-Ermənistan oxu Cənubi Qafqazda balanslaşdırıcı qüvvə kimi çıxış edə bilər ki, bu da Rusiyanın xoşuna gəlmir”.

Herbiand.az news.am-a istinadən bildirir ki, bunu hindistanlı politoloq Maheş Ranjan Debata martın 28-də “Ermənistan sivilizasiyanın kəsişməsi kimi: tarixi-mədəni əlaqələr” adlı konfransda deyib.

O xatırladıb ki, Dağlıq Qarabağdakı (keçmiş - red.) müharibədən və Kəşmir məsələsində Türkiyə ilə Pakistan arasında münasibətlərin yaxınlaşmasından sonra Ermənistan və Hindistan arasında silah tədarükü haqqında saziş imzalanıb: “Yeni Dehli və İrəvan qarşılıqlı faydalı əməkdaşlıq qurublar. Hindistan silah ixracı bazarını genişləndirir, Ermənistan isə müdafiə vasitələr alır. Azərbaycan və Pakistan arasında Bakıya qırıcı təyyarələrin tədarükü ilə bağlı saziş Ermənistan və Hindistanın təhlükəsizlik sferasına da təsir edir”.

Eyni zamanda, Maheş Ranjan Ermənistan və Hindistan arasında illik ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasının vacibliyini qeyd edib. O, həmçinin Hindistanın baş naziri Modinin Ermənistana səfər edəcəyinə ümid etdiyini bildirib ki, bu da əlaqələri yeni səviyyəyə qaldıracaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
28
Mənbələr
Şərh ()
Bağla