AZ

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb

Paytaxt

Bakı, 28 mart, AZƏRTAC

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
17
17
Mənbələr
Şərh ()
Bağla