AZ

“Rusiya yalnız ruslar üçündür” fikirləri yolverilməzdir" - PUTİN

Rusiya prezidenti Vladimir Putin “Rusiya yalnız ruslar üçündür” açıqlamalarından narahat olduğunu bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, hər yerdə, istənilən cəmiyyətdə belə insanlar var.

Putin belə fikirlərin yolverilməz adlandırıb: “Rusiyanın yalnız ruslar üçün olduğunu deyənlər məndə narahatlıq yaradır. Nəzərə alsaq ki, ölkədə 190 etnik qrup yaşayır və bəzi millətlər milyonlarla xalq tərəfindən təmsil olunur. Yerdə qalan hamının yad olması ilə bağlı dağıdıcı fikirləri həyata keçirməyə başlayan kimi, dövləti məhv etmiş olarıq. Əsas qurbanlar isə rus xalqı olacaq”.

Rusiyada ksenofobiya “Crocus City Hall”da olan terror aktından sonra artıb. FTX iş üzrə 11 nəfəri saxladığını bildirib. Təqsirləndirilən şəxslərin Tacikistan vətəndaşları olduğu üzə çıxıb.

Azpost.info

phrase_var_article.chosen
28
34
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close