phrase_var_article.topics
Azərbayanda mütəmadi açıqlanan əmək haqqı statistikasına əsasən, ölkədə ən yüksək maaş olan sahələrdən biri də bank sektorudur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bank və maliyyə sektorunda orta aylıq əmək haqqı 921 manat təşkil edir.
Amma ayrı-ayrı banklarda əmək haqqı xərcləri və onun ümumi xərclərdəki payı fərqlidir.
FED.az ölkəmizdəki bankların əmək haqqı xərclərinə aırdığı məbləğləri araşdırıb. Əldə edilən məlumatlar 2023-cü ili sonuna olan məlumatlardır.
Azərbaycan banklarının ümumi xərclərində əmək haqqına ayrılan xərclər xeyli fərqlənir.
FED.azın bankların xərcləri ilə araşdırması göstərir ki, ümumi xərclərdəki payına görə maaşa ən çox vəsait ayıran bank «Bank VTB Azərbaycan»dır. Bankın ümumi xərclərinin 47% və yaxud 14,2 milyon manatı əmək haqqı xərclərinə sərf olunur.
Əmək haqqına ayrılan vəsaitlərin həcminə görə, yəni ümumi xərclərdəki payına görə növbəti yeri «Expressbank» tutur. «Expressbank» 2023-cü ildə əmək haqqı xərclərinə təqribən 20 milyon manat və ya ümumi xərclərin 35%-ni sərf edib.
Azərbaycanda fəaliyyət göstərən 2 Türkiyə bankından biri olan «Yapı Kredi Bank» isə əmək haqqı xərclərinə ümumi xərclərinin 34%-ni sərf edib - 14,7 milyon manat.
Ölkənin bank sisteminin liderlərindən olan «Xalq Bank»ın əmək haqqına sərf etdiyi vəsait də kifayət qədər böyükdür. Bankın bütün xərclərinin üçdə biri yəni 33%-i və yaxud da 37,3 milyon manatı əmək haqqı xərclərinə sərf edilib.
Azəraycanınn bank sektorunun lideri, ölkənin ən böyük bankı olan «Azərbaycan Beynəlxalq Bankı (ABB) » əmək haqqı xərclərinə ümumi xərclərinin 30%-ini sərf edib – 157,2 milyon manat.
«Bank Respublika» da işçiləri “səxavətli” davranan banklardandır. 2023-cü ildə bank öz əməkdaşlarına 55,3 milyon manat əmək haqqı ödəyib ki, bu da ümumi xərclərin 30%-idir.
«Kapital Bank»ın əmək haqqı xərclərinə ayırdığı mələğ isə ümumi xərclərin 27%-ini təşkil edir bu 208,7 milyon manatdır.
Banklar | Əmək haqqı xərclərinin ümumi xərclərdəki payı |
VTB Bank | 47% |
Naxçıvanbank | 47% |
Expressbank | 35% |
YapıKredi Bank | 34% |
XalqBank | 33% |
Bank Avrasiya | 32% |
AFB Bank | 31% |
Bank Respublika | 30% |
YeloBank | 30% |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | 30% |
Azər‐Türk Bank | 28% |
Bank of Baku | 28% |
Kapital Bank | 27% |
Ziraat Bank | 27% |
Unibank | 26% |
AccessBank | 25% |
Azərbaycan Sənaye Bankı | 25% |
Rabitəbank | 24% |
PAŞA Bank | 24% |
TuranBank | 22% |
Premium Bank | 15%
|
Bank BTB | 15% |
Banklar arasında ən çox əmək haqqına pul ayıran banklar «Azərbaycan Beynəlxalq Bankı – ABB Bank» və «Kapital Bank» olub.
«Kapital Bank» 2023-cü ilin sonuna olan nəticələrə görə əmək haqqı xərclərinə 208,7 milyon manat pul, «Azərbaycan Beynəlxalq Bankı – ABB » isə 157,2 milyon manat xərcləyib. Əmək haqqı xərclrini ən az göstəricisi isə «Naxçıvanbank»a məxsusdur. Bank əmək haqqı xərclərinə cəmi 3 milyon 339 min manat xərc çəkib.
Digər banklar və göstəricilər aşağıda təqdim etdiyimiz cədvəldə :
Banklar | Əmək haqqı xərcləri (min manat) |
Kapital Bank | 208 733 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | 157 234 |
PAŞA Bank | 87 157 |
Unibank | 60 660 |
Bank Respublika | 55 303 |
AccessBank | 40 760 |
XalqBank | 37 314 |
YeloBank | 35 871 |
Bank of Baku | 33 131 |
Rabitəbank | 28 982 |
Expressbank | 19 844 |
Azər‐Türk Bank | 19 611 |
TuranBank | 17 493 |
YapıKredi Bank | 14 694 |
VTB Bank | 14 245 |
AFB Bank | 7 586 |
Ziraat Bank | 7 289 |
Premium Bank | 6 301 |
Bank BTB | 6 123 |
Azərbaycan Sənaye Bankı | 5 580 |
Bank Avrasiya | 3 416 |
Naxçıvanbank | 3 339 |
Cəmi | 870 666 |