AZ

ABŞ mənbələrini açıqlamamaq üçün terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya verməyib - Media

"Amerika rəsmiləri Moskvanın Amerika kəşfiyyat xidmətlərinin məlumatlarını və onların kəşfiyyat üsullarını ifşa edə biləcəyindən ehtiyat edərək, Moskva yaxınlığındakı "Crocus City Hall"da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rus həmkarları ilə bölüşməyiblər". Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb. Nəşrin yazdığına görə, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri Amerika rəsmilərinin terror planı haqqında məlumatı paylaşmasına mane olub: “ABŞ Rusiya hakimiyyətinin kəşfiyyat mənbələri və ya metodları haqqında öyrənə biləcəyi qorxusu ilə lazım olan qədər məlumat verilməyib. Məlumatın yetkin olmamasına və ABŞ-la Rusiya arasında son zamanlar daha da gərgin olan münasibətlərə görə yaranan inamsızlıq baxımından ötürülən məlumata reaksiya adekvat olmayıb”, - deyə qəzet yazıb. ABŞ-ın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, son aylar Vaşinqton “İslam Dövləti” (İŞİD) ekstremist qruplaşmasının fəaliyyətini çox diqqətlə izləyir. Nəşrin mənbələri qeyd edib ki, elektron dinləmələr, informatorlar və digər vasitələrin cəlb olunduğu monitorinq zamanı amerikalı əməliyyatçılar Rusiyada hazırlanan terror aktı planları barədə kifayət qədər konkret məlumat alıblar. Qadir, Bizimyol.info

Seçilən
137
26
Mənbələr
Şərh ()
Bağla