AZ

MDB ölkələri terror təhlükəsi altındadır, əməkdaşlığımızı gücləndirməliyik - MÜSAHİBƏ

Rusiyalı ekspert: Krokus Siti Holl-dakı terror aktının arxasında Qərb, xüsusən də ABŞ və ya Böyük Britaniya dayanır Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, tanınmış politoloq İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində MDB ölkələrində terrorizmlə mübarizə üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik. - İqor Yuryeviç, bu günlərdə “Krokus Siti Holl”da baş vermiş dəhşətli terror aktı fonunda MDB ölkələrində təhlükəsizliyi pozmaq üçün qəribə bir intensivləşmə müşahidə edirik. Belə ki, Azərbaycanda terror aktı planlaşdıran şəxs saxlanılıb, İrəvanda polis bölməsinə qumbaraatanla hücumdan sonra həmçinin “terror aktı” maddəsi ilə cinayət işi açılıb, Qırğızıstanda dövlət çevrilişi planlaşdıranlar saxlanılıb... - Krokus Siti Holl-da baş vermiş terror aktı bütün MDB məkanında təhlükəsizliyi pozmaq və sabitliyi pozmaq cəhdinin dəhşətli nümunəsidir. Bizim Birliyimiz bu gün Qərbin bütün dünyada təsirini saxlamaq cəhdləri fonunda (və burada gördüyümüz kimi, çarəsizlikdə bütün vasitələr yaxşıdır) ciddi təhdidlərlə, çağırışlarla üzləşir, bizi bir-birimizə qarşı itələmək və ya bizi içəridən qarışdırmaq istəyirlər. MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri mütəmadi olaraq bu cür cəhdləri elan edirlər, ötən il Bakıda keçirilən görüşdə belə bəyanatlar səsləndirilib ki, Qərb belə addımlar atır. Bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz da Qərbin xüsusi marağındadır. Blinkenin Mərkəzi Asiya dövlətlərinə səfərlərini xatırlayırıq. Kəşfiyyat xidmətlərimiz təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər, lakin indi biz bu işi daha da intensivləşdirməli və əlaqələndirməliyik. Bütün Birlik dövlətləri bu tip hücumun qarşısını almaq üçün hazırlanacaq tədbirlər barədə qərar verməlidir.Ukrayna ilə sərhəddə terrorçular üçün “pəncərə”nin hazırlanması onu deməyə əsas verir ki, bu terror aktının arxasında əvvəllər Rusiya Federasiyasının ərazisində bir neçə səs-küylü terror aktı təşkil etmiş Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi ilə əlaqəli strukturlar dayana bilər.Rusiya siyasi elitasında və xüsusi xidmət orqanlarında ümumi fikir ondan ibarətdir ki, Krokus Siti Holl-dakı terror aktının arxasında Qərb, xüsusən də ABŞ və ya Böyük Britaniya dayanır. Çox güman ki, belədir. İcraçı kimi isə terror aktının arxasında İŞİD terror təşkilatının qollarından birinin (Rusiyada qadağandır – redaktorun qeydi) dayanması versiyası irəli sürülür.Tam araşdırma aparılacaq və zəncir açılacaq. Terrorla mübarizədə Birlik dövlətləri arasında əməkdaşlıq dövrün tələbidir.Bbütün MDB üzvü olan ölkələr təhlükə ilə üz-üzədir. Terror təhdidləri artdığı və vəziyyət koordinasiyalı yanaşmalar tələb etdiyi üçün riskləri ilkin mərhələdə dayandırmaq üçün əməkdaşlıq etmək lazımdır.Qərb bu gün Cənubi Qafqaza xüsusi diqqət yetirir. Və çox təəssüf ki, o, Ermənistandan həm regionda, həm də Birlikdə sabitliyi pozmaq üçün alət kimi istifadə edir. Qərbin ən böyük kəşfiyyat xidmətlərinin rəhbərlərinin- MKİ-nin direktorunun, Mİ6-nın rəhbərinin bu respublikaya necə gəldiyini xatırlayırıq. Onlar Nikol Paşinyanla təkbətək görüşüblər.Fransa və onun xarici kəşfiyyatı Zaqafqaziyada sabitliyi pozmaqda fəal rol oynayır. Paris və İrəvanın kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılığa gəldiyi barədə informasiyalar var. Bu gün Emmanuel Makron Cənubi Qafqazda kollektiv Qərbin maraqlarının dirijoru rolunu öz üzərinə götürüb. Bu baxımdan Qərb Ermənistana postsovet məkanında birliyi və təhlükəsizliyi pozmaq üçün tramplin kimi baxır.Biz Ermənistanın KTMT-də iştirakını dondurmasını son dərəcə mənfi hal kimi qiymətləndiririk. Ermənistanın KTMT üzvü kimi Qərblə yaxınlaşması təhlükəsizliyə təhdiddir. Əslində belə çıxır ki, Rusiya və digər MDB ölkələri öz məqsədlərini Birlik və KTMT çərçivəsində qarşılıqlı fəaliyyəti və təhlükəsizliyi gücləndirməkdə görsələr də, Ermənistan bu təhlükəsizliyi pozmağa çalışır.Təəssüf ki, “Krokus Siti Holl”da baş verən terror aktının həqiqətən də Qərb kuratorlarına yol açdığı üzə çıxarsa, aydındır ki, İrəvanla Qərbin yaxınlaşması Moskvada getdikcə daha çox suallar doğuracaq. Bu terror aktı fonunda Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsi, Ermənistanın Qərblə yaxınlıq etməsinin bütün MDB üçün gətirib çıxaracağı vəziyyət görünməmiş aktuallıq kəsb edir. Eləcə də İrəvanın Bakı ilə münasibətlərin normallaşdırılmasına dair sülh sazişinin imzalanması prosesini ləngitməkdə davam etməsi.Qərb Zaqafqaziyada vəziyyəti pozmaq üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsindən anti-Rusiya məqsədləri üçün istifadə edərək regionda yeni münaqişənin qızışdırılmasına çalışır.Ermənistanın MDB və KTMT-də troya atı kimi rolu bu gün bütün Birlik dövlətlərini narahat edir. Paşinyan Qərbdən bu destruktiv siyasətdə ona dəstək veriləcəyinə dair zəmanət alıb. İstənilən halda Ermənistan Qərbin Rusiyaya qarşı böyük geosiyasi oyununda və ümumiyyətlə, Cənubi Qafqazda öz təsirini möhkəmləndirmək üçün sərfəli olacaq.Əksinə, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər, əksinə, Birliyin sabitləşdirici amillərindən biri, onun bütün istiqamətlərdə möhkəmlənməsidir. Azərbaycan MDB-nin məsuliyyətli üzvüdür. Bəli, Moskva və Bakı da Moskva və Ankara kimi vaxtaşırı bir-birini dəstəkləməyə çalışır. Xüsusən də bu günlərdə Azərbaycanın guya Ukraynaya silah-sursat göndərdiyi iddia ediləndə dezinformasiya kampaniyasının aparıldığını gördük. Bunun ardınca Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən rəsmi təkzib gəldi. Rusiya ilə Azərbaycanı, Rusiya ilə Türkiyəni bir-birinə qarşı qoymaq istəyənlərin çox olduğunu görürük. Bunu təkcə Ermənistan və beynəlxalq erməni lobbisi etmir, həm də bu gün bir sıra Qərb dövlətlərinin, xüsusən də Fransa və ABŞ-ın qarşıya qoyduğu geosiyasi maraqlara və vəzifələrə cavab verir.Biz son dərəcə diqqətli olmalıyıq və dərk etməliyik ki, təxribatlar bundan sonra da əlaqələrimizi pozmağa çalışacaq. Bu gün MDB ölkələri və dost ölkələrlə əlaqələrin möhkəmləndirilməsi Rusiya xarici siyasətinin strateji vəzifəsidir.Prezident İlham Əliyev əvvəlcə Rusiya dövlət başçısına başsağlığı teleqramı göndərib, sonra zəng edib. Müslüm Maqomayev adına konsert zalında törədilən terror aktının Azərbaycanın şəxsi dərdinə çevrildiyini deyə bilərik. Digər MDB ölkələrinin liderlərinin əksəriyyəti də belə etdi, Rəcəb Tayyib Ərdoğan zəng etdi, digər dost ölkələrin liderləri də başsağlığı verdilər. Bu, Rusiya ilə Qərbin qarşıdurmada olduğu və Qərbin Rusiya Federasiyasını sözün əsl mənasında kənara çəkməyə çalışdığı beynəlxalq şəraitdə çox vacibdir.Rus xalqı və Qərbdəki sadə insanlar bunu dəstəklədilər. Bu, bir daha göstərir ki, terror hamı üçün pisdir. Bundan əziyyət çəkən ilk növbədə günahsız insanlardır. Siyasət siyasətdir, lakin istənilən normal insanın terror aktına reaksiyası qəti şəkildə qınaq və rəğbət ifadəsidir. Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan cəmiyyətinin terror aktına reaksiyasını göstərdi- insanlar diplomatik binaya gələrək gül dəstələri qoyub, ağlayıblar, başsağlığı veriblər. Azərbaycan, onun xalqı, hakimiyyəti bu ağır gündə barışmaz şəkildə Rusiyanı dəstəklədi, başsağlığı verdi və ölkəmizin bu gün üzləşdiyi bu böyük bəlada Azərbaycanın yanında olduğunu, bizim etibarlı müttəfiqimiz olduğunu, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə həmrəy olduğumuzu göstərdi. Tərcümə - Elçin Bayramlı Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

phrase_var_article.chosen
31
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close