AZ

Mourinyo Portuqaliyaya rəhbərlik etmək istəyir


İtaliyanın “Roma” klubunun sabiq baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasına rəhbərlik etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrisio Romano “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Mourinyo artıq yayda işini bərpa etmək niyyətindədir.
“İki dəfə Portuqaliya millisinə rəhbərlik etmək imkanım oldu. İlk dəfə belə fürsət mən “Real Madrid”də baş məşqçi olarkən baş verdi. İkinci dəfə belə bir fürsət keçən yay, mənim “Roma”dan getməyimdən bir neçə ay əvvəl oldu. Ancaq yenə peşman deyiləm. Məqsədim milli komandaya rəhbərlik etməkdir”, - Mourinyo deyib.
Məşhur məşqçi Dünya çempionatı, Avro-2024, Amerika kuboku, Afrika kuboku ərəfəsində komandanı qəbul etmək istədiyini bildirib.
“Mənim iki il gözləmək fikrim yoxdur”, - Mourinyo əlavə edib.  
Qeyd edək ki, Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Loryan”, “Portu”, “İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”ya rəhbərlik edib.
Seçilən
38
28
Mənbələr
Şərh ()
Bağla