AZ

Yığmamız "Qalatasaray"a qalib gəldi - FOTO

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandaları Türkiyə toplanışını başa vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, komandalarımız İstanbulda keçirilən hazırlığı qələbələrlə bitiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Galatasaray"ın U16 komandası üzərində önəmli qələbə qazanan basketbolçularımız yalnız "Emlak Konut"la bacarmayıb.

U-16
Azərbaycan - "Qalatasaray" - 65:54
Azərbaycan - "Besaş" - 82:56
Azərbaycan - "Bursa Uludağ" - 69:57
Azərbaycan - "Emlak Konut" - 54:66

U-18
Azərbaycan - "Besaş" - 72:61
Azərbaycan - "Bursa Uludağ" - 84:70
Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
24
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close