AZ

İrandan Araz çayında radiasiya ilə bağlı AÇIQLAMA

Araz çayında heç bir anormal radiasiya çirklənməsi müşahidə olunmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının direktor müavini bildirib.

“2007-ci ildən indiyədək 10 dəfə Araz çayından çöküntü və su nümunələri götürülüb. Təhlükəsizlik Sistemləri Mərkəzinin akkreditə olunmuş laboratoriyalarında aparılan ətraflı araşdırmalardan və aparılmış ölçmələrdən sonra qətiyyətlə bildirmək lazımdır ki, indiyədək Araz çayında qeyri-adi radiasiya çirklənməsi müşahidə edilməyib”, – deyə qeyd olunub.

Həmçinin bildirilib ki, ilk dəfə olaraq Poldəşt stansiyasında sualtı radiasiya ilə çirklənməni ölçən cihaz quraşdırılıb. Bunun vasitəsilə Araz çayında radioaktiv materiallarla bağlı məlumat müşahidə olunarsa, onlayn rejimdə sistem mərkəzinə göndərilir və bu sistem 24 saat ölçülür: “Bu kontekstdə çoxları Ermənistandakı Metsamor AES-ə istinad edir. Bu baxımdan qeyd etmək lazımdır ki, sözügedən elektrik stansiyası bir tərəfdən Araz çayından xeyli məsafədədir, digər tərəfdən də dizaynı elədir ki, su soyudulmur, hava ilə edilir”.

phrase_var_article.chosen
29
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close