AZ

Azərbaycanda bank AMB-nin tələblərini pozdu

Bakı. Trend:

“Azərbaycan Sənaye Bankı” Azərbaycan Mərkəzi Bankının (AMB)tələblərini pozub.

Bu barədə Trend AMB-yəistinadən xəbər verir.

Qeyd edilib ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmuhalda likvidliyin örtülmə əmsalının düzgün hesablanmamasınəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdimedilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsiQaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarısaxlanması tələbi təmin edilməyib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-cimaddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən“Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarətsistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamverilib.

AMB əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığıüçün təhdid yaratmır.

Məqalədə:
Seçilən
11
30
Mənbələr
Şərh ()
Bağla