AZ

Şadlıq saraylarında qiymətlər yenidən bahalaşdı...

Image

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 5.1 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3.7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.

ZÜMRÜD





phrase_var_article.chosen
35
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close