AZ

Regionda eskalasiya riski artır, 5 aprel görüşündə nələr olacaq? - EKSPERT

“Avropa İttifaqının və ABŞ-ın Ermənistana yönəlik hərbi, siyasi, təhlükəsizlik planları şübhəsiz ki, regionda maraqları olan dövlətlər tərəfindən narahatlıqla qarşılanmalıdır. Xüsusilə, İran və Türkiyə Qərbin regionda iştirakına mövqe bildirməlidir”.

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq İlyas Hüseynov aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Avropa İttifaqı(Aİ)-Ermənistan-ABŞ müştərək konfransını şərh edərkən bildirdi.

ilyas_huseynov_150320.jpg

Ekspertin fikrincə, Zaxarovanın bugünkü açıqlaması Rusiyanın narahatlığını ifadə edir: “İranın daha kəskin və sərt reaksiya verməsi gözlənilir. Bu arzuolunandır çünki kənar geosiyasi oyunçuların regiona gəlməsi şübhəsiz ki, eskalasiya risklərini və gərginliyi bir qədər də artırır. Rusiyanın müttəfiqi olan, İranla iqtisadi əməkdaşlığı formalaşan Ermənistan bu gün geopolitik vektorunu dəyişərək Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı daha üstün hesab edir”.

Ekspert hesab edir ki, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin və Rusiyanın hərbi siyasi müttəfiqlik münasibətlərinin qorunub saxlandığı zamanda Brüsseldə kritik görüşün keçirilməsi paradoksaldır: “Ursula fon der Lyayeyn və Entoni Blinken Ermənistanı daha ciddi və Rusiyaya qarşı daha kəskin addımlar atmağa məcbur edəcəklər. Onlar Ermənistanı Rusiyanın təsirindən çıxmağa məcbur edəcəklər ki, Rusiya Ermənistana qarşı iqtisadi, siyasi yöndə addımlar atarsa, bu kritik infrastrukturun ayaqda saxlanması prosesi həyata keçirilsin. Düşünürəm ki, sözügedən görüşdə bank, maliyyə, rabitə, enerji məsələləri də müzakirə olunacaq. Bəzi ehtimallara görə, hərbi təhlükəsizlik müstəvisində paktın imzalanması da gözlənilir. Mənə elə gəlir ki, görüşün keçirilməsi, Azərbaycan liderinin görüşdə iştirak etməməsi məkrli və çirkin planlardan xəbər verir. Eyni zamanda görüşün NATO-nun baş katibinin Cənubi Qafqaza səfərindən sonra keçirilməsi destruktiv xarakter daşıyır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
144
19
Mənbələr
Şərh ()
Bağla