AZ

"Krokus" terrorundan sonra Rusiyadakı taciklər sıxışdırılır

Rusiyanın bölgələrində müştərilər tacik millətindən olan sürücülərin idarə etdiyi taksilərə minməkdən imtina etməyə başlayıbar.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Sənin milliyətin nədir? Taciksənsə, sifarişi ləğv et”, “Səninlə getməyəcəyəm, sifarişi ləğv et, yoxsa yol polisinə zəng edəcəyəm ki, sərnişin daşımaq üçün lisenziyanı yoxlasınlar”, – deyə sərnişinlər tacik sürücülərə irad bildirirlər.

Qeyd edək ki, Rusiya FTX “Krokus Siti Holl”da baş verən terror aktından sonra 11 nəfəri saxladığını bildirib. Təqsirləndirilən şəxslər Tacikistan vətəndaşlarıdır.

Azpost.info

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla