AZ

Bank kartlarından oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Beyləqan rayonunda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Müqabil Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ramiz Nurullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Müqabil Əliyev iki qadının bank kartlarından ümumilikdə 630 manat pul oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla