AZ

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu ay bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub. İmanqali Tasmaqambetov vurğulayıb ki, Ermənistan qurumu tərk edə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Qərbin təhlükəsizlik sisteminə inteqrasiya xətti götürmüş Ermənistanın bu təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi.Lakin Qərbdən təhlükəsizlik sahəsində ciddi təminatlar almadan rəsmi İrəvanın Qərb hərbi qüvvələrini bölgəyə dəvət etmək xətti regionun təhlükəsizlik problemlərinin həllinə 3+3 formatında yanaşan dövlətləri,ilk növbədə Rusiya və İranı,o cümlədən Azərbaycanı qane etmir və rəsmi İrəvan bu mənada dövlətçiliyini perspektiv təhdid altında qoyur:
"Hazırda dünyada geosiyasi güc mərkəzləri arasında qlobal qarşıdurmanın güclənməsi qarşı duran tərəflərin öz müdafiə qabiliyyətini gücləndirmək,silahlı qüvvələrin döyüş hazırlığını müvafiq səviyyədə saxlamaq,əks tərəfə hərbi əzələ nümayiş etdirmək,onları gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkindirmək məqsədi ilə hərbi bloklara daxil olan dövlətləri belə təlim məşqlərinin mütamadi keçirilməsi zərurətini gücləndirib.Adətən belə təlimlərdə muttəfiq dövlətlərin silahlı qüvvələri fors major anları üçün koordinasiya hərəkətlərini götur qoy-edir,razılaşdırırlar.
NATO-nun əldə edilmiş razılıqlara baxmayaraq postsovet məkanı istiqamətində irəliləməsi Rusiyanın patronajlıq etdiyi hərbi bloku bu səpkili addımlar atmağa və Şimal alyansının qırmızı xətti keçmək üçün təlimlərin sayını artırmağa sövq edib.Maraqlıdır ki,Rusiya bu addımları təkcə KTMT dövlətləri ilə deyil,Şanxay Əməkdaşliq Şurasında onunla əməkdaşlıq edən dövlətlərlə,məsələn Çin və İranla da atır.Bu mənada bir müddət əvvəl adı çəkilən dövlətlərin hərbi dəniz qüvvələrinin Hind okeanında keçirdiyi təlimlər buna misal ola bilər".


BiG.Az
phrase_var_article.chosen
166
36
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close