AZ

Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Ukraynada sülh yolu ilə bağlı baxışını müzakirə etmək üçün Nyu-Dehliyə gəlib.
Bununla bağlı Ednews Al Jazeera-ya istinadən bildirir. “Mən (Subrahmanyam Jaishankar) dəvəti ilə Yeni Dehli səfərimə başladım.
Ukrayna-Hindistan əməkdaşlığı vacibdir və biz əlaqələri intensivləşdirəcəyik”, - deyə Kuleba X-də yazıb. “Prezident Zelenski və Baş nazir Modi arasında dialoqa əsaslanaraq, biz Sülh Formulasına xüsusi diqqət yetirəcəyik”. Ukrayna digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının öz ərazisindən çıxarılmasını tələb edən sülh “formulasını” təşviq etmək üçün yaxın aylarda sammit keçirməyə ümid edir.
Nahid

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla