AZ

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə məlumatları haradan almaq olar? - İZAH

Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə məlumatları haradan almaq olar? Oxucuların maarifləndirilməsi üçün qeyd edək ki, müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqda məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə etmək olar.Bələdiyyə mülkiyyətində olan torpaqların satışı Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya icarəyə verilir.

phrase_var_article.chosen
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close