AZ

ABŞ “Krokus Siti Holl”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rus həmkarları ilə bölüşməyib - Ağ Ev

ABŞ “Krokus Siti Holl”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rus həmkarları ilə bölüşməyib.Azadmedia.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.Belə ki, “Rusiya hakimiyyətinin ABŞ-ın kəşfiyyat mənbələri və ya metodları haqqında öyrənə biləcəyi qorxusu, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri Ağ Ev rəsmilərinin terror planı haqqında məlumatı paylaşmasına mane olub. ABŞ-ın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, son aylar Vaşinqton İŞİD ekstremist qruplaşmasının fəaliyyətini çox diqqətlə izləyir. Elektron dinləmələr, informatorlar və digər vasitələrin cəlb olunduğu monitorinq zamanı amerikalı əməliyyatçılar Rusiyada hazırlanan terror aktı planları barədə kifayət qədər konkret məlumat əldə ediblər”, - deyə məlumatda bildirilib.

phrase_var_article.chosen
131
20
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close