Harri Keyn ilə bağlı son xəbər yayılıb.
“Bavariya”nın hücumçusu zədəsini sağaldıb. İngiltərəli futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Xatırladaq ki, 30 yaşlı Harri Almaniya bundesliqasının 26-cı turunun “Darmştadt”la matçında (5:2) zədələnmişdi. O, bu səbəbdən İngiltərə millisinin bu ay keçirdiyi yoxlama oyunlarını buraxmalı olmuşdu.
Keyn bu mövsüm münhenlilərin heyətində 35 oyuna çıxıb, 37 qol vurub və 12 məhsuldar ötürmə edib.