AZ

Bərdədə mopedlə avtomobil toqquşub: Xəsarət alan var

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Zabil Cəfər oğlu Cəfərovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
28
35
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close