AZ

Ərdoğan: Qarabağda qarşımıza böyük qlobal ittifaq çıxmışdı

Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bəzi qərbyönümlü qüvvələr Türkiyənin və bölgənin sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb:

“Son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur. Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər.

Əslində, bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. O dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.


Telegram kanalımız
phrase_var_article.chosen
176
14
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close