AZ

Bakıda vətəndaşın telefon və çantasını talayan şəxs TUTULDU - FOTO/VİDEO

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 





Bizim.Media
 
Seçilən
30
17
Mənbələr
Şərh ()
Bağla