AZ

"Crocus City Hall"un bərpası ilə bağlı yekun qərar qəbul edilməyib - Emin Ağalarov

Bakı. Trend:

"Crocus City Hall"un bərpası ilə bağlı yekun qərar qəbuledilməyib.

Trend xəbərverir ki, bu barədə "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov"Rossiya-24" televiziya kanalına müsahibəsində deyib.

O, konsert zalının bərpası ilə bağlı Rusiya prezidenti VladimirPutin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun fikrinə,eləcə də ictimai fikrə əsaslanacaqlarını bildirib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktındaölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətininKrasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olannaməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupununkonsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr BortnikovRusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"datörədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütüntədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdəittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittihamolunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, ŞamsidinFariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasınayerləşdirilib.

Seçilən
20
46
Mənbələr
Şərh ()
Bağla