AZ

Mbappenin “Real”dakı ilk “qurbanı” bəlli oldu

Kilian Mbappe “Real Madrid”ə transfer olandan sonra Rodriqo satılacaq.

Metbuat.az xəbər verir ki, Mbappenin transferindən sonra Rordiqo ehtiyatda qalacaq. “Real” belə bahalı oyunçunun ehtiyatda qalmasını istəmir. Futbolçu özü də ehtiyatda qalmaq istəmir. “Nacional” qəzetinin məlumatına görə, Mbappenin transferindən sonra “Real” oyun sxemində də dəyişiklik edə bilər. Buna səbəb bir neçə futbolçuya heyətdə yer açmaqdır.

Qeyd edək i, Avropanın bir neçə klubu Rodriqo üçün təkliflər göndərib. Növbəti mövsüm üçün iddialı heyət formalaşdırmaq istəyən "Liverpul"un, eləcə də "Mançester Yunayted"in Rodriqo ilə maraqlandığı məlumdur.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla