AZ

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanın AzTV-yə müsahibəsi bu gün efirə veriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə bir müddət öncə telekanalın sosial media hesabında bildirilmişdi.

Anonsda yer alan Dövlət Təhlükəsizliyi Xidmətinin Xankəndidəki antiterror əməliyyatından kadrlar da martın 28-də efirə gedəcək sənədli filmdə yer alacaq.

Arayik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına müsahibəsi Ermənistanda ciddi narahatlıq doğurub.

Seçilən
168
3
Mənbələr
Şərh ()
Bağla