AZ

STAR NEZ Türkiyədə dizel yanacağı istehsalını azaldıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 2023-ci ilin analoji dövründə istehsal olunan 639 min 532 tonla müqayisədə 581 min 804 ton dizel yanacağı istehsal edib.

"İki sahil" bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.

EPDK-nin məlumatlarına əsasən, bu, NEZ-də dizel yanacağı istehsalının illik hesablamada 9 faizdən çox azalması deməkdir.

STAR NEZ-in gücünün 2024-cü ildə 13 milyon tona çatacağı gözlənilir. Neft-kimya məhsullarının istehsalında Qara dəniz bölgəsi və Afrika ölkələrinin, o cümlədən bir sıra digər ölkələrin xam neftindən istifadə olunur.

STAR NEZ 2018-ci ilin oktyabr ayında istismara verilib.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir.

Seçilən
146
14
Mənbələr
Şərh ()
Bağla