AZ

“Formula-1”in sahibi motosiklet yarışları üzrə dünya çempionatını almağa hazırlaşır

“Formula-1”in sahibi olan “Liberty Media” şirkəti motosiklet yarışları üzrə MotoGP dünya çempionatını almağa hazırlaşır.  

Qeyd olunub ki, hazırda MotoGP-nin kommersiya hüquqları beynəlxalq “Dorna Sports S.L.” şirkətinə məxsusdur və “Liberty Media” çempionatı dörd milyard avroya almağa hazırlaşır.

Şayiələrə görə, sövdələşmə başa çatmaq üzrədir, lakin o, antiinhisar orqanlarının marağına səbəb ola bilər.

oxu.az

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla