AZ

ŞOK! Afrikalı futbolçular Azərbaycanı tərk etməmək üçün hiyləyə əl atdılar

"Pelikan" agentliyinin rəhbəri Rəsul Şükürsoy Sportinfo.az-a açıqlama verib.

O, bir müddət əvvəl agentliklə bağlı redaksiyamıza şikayət edən afrikalı legionerlərin iddialarını əsassız adlandırıb:

"Məlum video ilə tanışam. Hamısı cəfəngiyatdır. Əksinə, biz onlara kömək etmişik. Baxmayaraq ki, həmin futbolçular bizim qaydaları pozublar.

Sizin sayta boş-boş şikayət edənlərdən biri David Madumeradır. Yanındakı isə Tobi Ceymsdir.

David "Araz Saatlı"da baxışda olub. Ardınca "Zaqatala"ya baxışa göndərməyi düşünürdük.

Amma sonda Kevin Ozimonu göndərməyi qərara aldıq. Çünki Kevin daha güclü idi.

Hazırda da müqavilə bağlayıb və həmin klubdadır. Davidin ölkəsinə dönüş bileti alınmışdı.

Qayıtmalı olduğu gündən bir gün əvvəl kampı tərk edib qaçıb. Hər ikisinin Akradan Laqosa getməsi üçün onlara cib xərci vermişik ki, ölkələrinə gedib çata bilsinlər. Onların hər birinin "Perikan"la müqavilələri var. Və orada göstərilib ki, bir-birimizdən heç nə tələb edə bilmərik (Sənədlərlə biz də tanış olmuşuq, amma paylaşılması məqsədəuyğun hesab edilməyib). Bu sənəd ona görə imzalanır ki, yekunda belə axmaq iddialar irəli sürməsinlər. Bizə pulu verən şəxs elə sənədə imza atarmı? Həm Azərbaycan, həm də ingilis dilində şərtlər aydın yazılıb. Kriteriyalara uyğun gəlməyənlər qeyd-şərtsiz ölkələrinə qayıtmalıdır.

Onların biletlərini bir neçə dəfə dəyişməli olmuşuq. Tobi Ceyms dəfələrlə burada qalması üçün bizdən xahiş edib. Amma biz onu qanunsuz şəkildə saxlaya bilməzdik. Futbolçu kimi bizə lazım olmayanların tək yolu vətənlərinə qayıtmalarıdır. Başqa cür də ola bilməz. Onların da davaları hansı şərtlər altında olur-olsun burada qalmaqdır. Dəfələrlə özlərinə demişik ki, futbolçu kimi lazım olmayanlar buradan göndəriləcək".

XANOĞLAN

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla