AZ

“Bavariya”nın istədiyi gənc hücumçu

İtaliyanın “Milan” klubunun futbolçusu Françesko Kamarda karyerasını Almaniyada davam etdirə bilər.

Msport.az “Bayern & Germany” nəşrinə istinadən xəbər verir ki, “Bavariya” hücumçu ilə maraqlanır.

İtaliyanın U-17 millisinin üzvü aşağı yaş qruplarındakı oyunu ilə diqqətləri üzərinə çəkib. Münhen təmsilçisi yayda forvar üçün Milan təmsilçisinə təklif göndərəcək.

Kamardanı “Arsenal”, “Yuventus”, PSJ, “Mançester Siti”, “İnter” də izləyir.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla