AZ

Maliyyə qalmaqalı XİN rəhbərinə baha başa gəldi

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib. O, aprelin 10-da vəzifəsini tərk edəcək.AzVision.az xəbər verir ki, bu barədə rus.lsm.lv portalı məlumat yayıb.












Latviya öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verə bilər



Qeyd edilir ki, xarici siyasət idarəsinin rəhbəri Latviyanın baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Seym aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyinə səs verəcək.

İddia olunur ki, nazirin istefası onun adının maliyyə qalmaqalında hallandırılması ilə bağlıdır. Məlumata görə, Latviya nümayəndə heyəti və Karins Avropa İttifaqının (Aİ) konfranslarında iştirakı üçün uçuşlara xeyli vəsait xərcləyirmiş. Bu xərclər dövlət büdcəsindən və Aİ büdcəsindən maliyyələşdirilib. Vəsait digər Aİ ölkələri ilə müqayisədə ən böyük xərc sayılıb. Respublikanın Baş Prokurorluğu araşdırmaya başlayandan sonra işi Korrupsiyaya Qarşı Mübarizə və Mübarizə Bürosuna verib.
Tural Tağıyev
AzVision.az

phrase_var_article.chosen
89
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close