AZ

Peskov: ABŞ və Aİ digər ölkələrə görünməmiş təzyiqlər göstərir

ABŞ və Avropa İttifaqı bütün beynəlxalq normaları pozaraq, digər ölkələrə görünməmiş təzyiqlər göstərir, onları Rusiya ilə işləməməyə məcbur edir.Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reuters-in nəşrinin məlumatını şərh edərkən deyib. Qeyd edək ki, Reuters-in məlumatına görə, Rusiya nefti üçün ödənişlər Çin, Türkiyə və BƏƏ-də banklar tərəfindən bir neçə aylıq gecikmələrlə həyata keçirilir, çünki bu təşkilatlar ikinci dərəcəli sanksiyalardan ehtiyat edirlər.

“Adını çəkdiyiniz ölkələr ABŞ-ın, eləcə də Aİ-nin maliyyə və digər orqanları tərəfindən misli görünməmiş təzyiqlərə məruz qaldığından, təbii ki, bu iş gedir. Ancaq diskret rejimdə həyata keçirilir. Biz tərəfdaşlarımızla çox konstruktiv işləyirik və beynəlxalq ticarət-iqtisadi münasibətlərin bütün aydın qayda və normalarına zidd olan bu misli görünməmiş təzyiqin təhlükələrini diqqətlə nəzərə alırıq”, - deyə vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az

phrase_var_article.chosen
0
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close