Nigeriya hökumət qüvvələri son iki həftə ərzində keçirdiyi əməliyyat zamanı ölkənin müxtəlif bölgələrində 212 yaraqlını məhv edib, daha 252 silahlını həbs edib.Bu barədə brifinqdə Müdafiə Nazirliyinin informasiya idarəsinin rəisi, general-mayor Edvard Buba bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı hərbi qulluqçular tərəfindən 233 ədəd müxtəlif növ silah-sursat, o cümlədən 115 avtomat aşkar edilərək götürülüb.
Ölkənin cənubunda hökumət qüvvələri də oğurlanmış 944 min litr xam neft və 171 min litr qeyri-qanuni istehsal olunan dizel yanacağını ələ keçirib.
İlkin Nəcəfzadə
AzVision.az