AZ

Sautqeyt Reşforddan narazıdır

Markus Reşford Avropa Çempionatından kənarda qala bilər. “The Telegraph” nəşrinin məlumatına əsasən, baş məşqçi Qaret Sautqeyt “Mançester Yunayted”in forvardının formasından razı deyil. Məhz buna görə də onun iştirak ərizəsində yerinə təminat verilmir.

Avropa Çempionatına milli komandayla birlikdə yollanmaq üçün Reşford mövsümün qalan hissəsində məşqçilər korpusunun fikrini dəyişdirməyə çalışmalıdır.

Xatırladaq ki, milli komandanın iştirak ərizəsinə 23 futbolçunun salınmasına icazə var. Bir neçə gün əvvəlki pəncərə zamanı Markus Reşford millinin formasında cəmi 15 dəqiqə meydanda olub. Braziliya ilə oyunun sonlarında meydana çıxan futbolçu heç nə ilə yadda qalmayıb.

Bu mövsüm forvard “Mançester Yunayted”in heyətində 27 oyunda cəmi 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla