AZ

Rusiyanın neftayırma zavodlarından biri dron hücumu nəticəsində tamamilə dayandı

Rusiyanın Kuybışev neft emalı zavodu ötən həftə Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində yaranan problemlərə görə hasilatı tamamilə dayandırıb.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, "Reuters"-in özəl mənbələrinə istinadla yaydığı məlumata görə, "Rosneft" neft emalı zavodu ilkin emal qurğularından birini - "CDU-5"-i dayandırıb və bununla da öz gücünün yarısını itirib. "CDU-4" hücum nəticəsində zədələnməsə də, zədələnmiş "CDU-5" ilə texniki əlaqəyə malikdir və onsuz fəaliyyət göstərə bilməyib.
Qeyd edilir ki, bu, Rusiya neft emalı sektorunun çətinliklərini daha da ağırlaşdıracaq. Çoxsaylı dron hücumlarından sonra təcili təmir ehtiyacı təchizatı çətinləşdirir.
Agentliyin hesablamalarına görə, Rusiyanın neft emalı potensialının təxminən 14%-i pilotsuz təyyarələrin hücumu nəticəsində dayandırılıb. Rusiya bu ay mümkün yanacaq çatışmazlığını aradan qaldırmaq üçün qonşu Belarusdan benzin idxalını artırmağa məcbur olub. Bundan başqa, martın 1-dən altı ay müddətinə benzinin ixracı qadağan edilib. Bu yolla ruslar daxili yanacağın bahalaşmasının qarşısını almağa çalışırlar.
Eyni zamanda, Kuybışev neft emalı zavodundan xeyli böyük olan Ryazan neft emalı zavodunun bölmələrindən birində işlər bərpa olunduğu üçün Rusiya neft emalı zavodlarının çətinlikləri bir qədər yüngülləşib...

phrase_var_article.chosen
136
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close