AZ

Fransanın məqsədi sülhə mane olmaqdır - Politoloq

Fransa Prezidenti Makron Yelisey sarayının tezisləri ilə işləyən “Le Fiqaro” qəzeti ilə Azərbaycana qarşı növbəti hücuma keçib. Qəzet Makronu ermənilərin taleyinə biganə yanaşmayan yeganə lider kimi təqdim edir, eyni zamanda təşəbbüslərinin nəticə vermədiyini və buna görə də məsuliyyəti Vatikanla ABŞ -ın üzərinə yükləyir.
Məsələ ilə bağlı hafta.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Fransanın Azərbaycan dövlətinə qarşı sərgilədiyi qərəz, aqressiya yeni deyil. Onun fikrincə, artıq bu yanaşmaların Fransanın “Le Fiqaro” qəzeti vasitəsi ilə səslənməsi Makronun Azərbaycana qarşı apardığı siyasətin dəyişməyəcəyini göstərir.
“Fransa prezidentinin Azərbaycana qarşı qərəzli çıxışları, işğalçı Ermənistanı açıq dəstəklədiyini bəyan etməsi bu ölkənin regionda gərginlik yaratmaq üçün apardığı antisülh siyasətinin əyani sübutudur. Fransız qəzeti Makronun erməniləri dəstəkləyən yeganə lider olduğunu və bu istiqamətdə göstərdiyi cəhdlərin səmərəsizliyini ifadə etməklə müəyyən dairələrə mesajlar da verir. Bu, həm Makronsevər ermənilərə, həm də Ermənistana vədlər verən dövlətlərədir. Bir sözlə, qəzetin yazdıqları Makronun zəifliyi, gücsüzlüyündən yaranan qışqırığıdır”.
M.Əsədullazadə qeyd edib ki, Fransa mətbuatında Azərbaycana qarşı olan yazıların dərc edilməsi təsadüfi deyil. “Fransanın məqsədi Ermənistan-Azərbaycan arasında sülhə mane olmaq, regionda güclənmək, Rusiyanın mövqeyini zəiflətmək və bölgədən keçən qlobal layihələrin iştirakçısı və idarəçisi olmaq iddiasından irəli gəlir. Ona görə də Fransa Ermənistanı silahlandırır, Ermənistan hakimiyyətinə dəstək verir. Bütün bunlar Fransanın ən nüfuzlu qəzetində dərc edilməklə ABŞ, Vatikan kimi dövlətlərdən dəstək istənilir”.

phrase_var_article.chosen
165
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close