AZ

"Ömürlərinin sonuna qədər tabut kimi yerdə..." - Moskva teraktının iştirakçılarını nə gözləyir?

Martın 22-də Moskvadakı “Crocus City Hall”-da qətliam törədən terrorçular cəzalarını ağır rejimli həbsxanada çəkəcəklər."AzPolitika" xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komitəsinin katibi Aleksey Melnikov məlumat verib."Terror aktı törədənləri yaxşı heç nə gözləmir. "Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə - 4-6 kvadratmetrlik kamerada olacaqlar. Onlar əlləri bellərində əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar. Kimləsə ünsiyyət qurmaları isə qadağan ediləcək. Yəqin ki, bir də  uşaqlarını görməyəcəklər. Ömürlük həbs qorxuncdur, bu cəzaya məhkum olanları görmüşəm, çoxu tezliklə ölüm istəyir", - deyə hüquq müdafiəçisi bildirib."AzPolitika.info"

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla