AZ

Şakira azərbaycanlı fotoqrafa pozlar verdi - FOTOlar

Dünya pop səhnəsinin ulduzu Şakira ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı fotoqrafın obyektivi qarşısına keçib.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, müğənnin şəklini çəkən fotoqraf Nika Vəkilova sosial şəbəkə hesabında paylaşıb.  

Şakiranın pərəstişkarı olduğunu söyləyən Nika onun fotolarını çəkməyi hər zaman arzuladığını yazıb: 

"Yadımda qalan müddət ərzində onun inanılmaz istedadının böyük pərəstişkarı olmuşam. Onunla işləmək mənim arzum idi və nəhayət, o gün gəlib çatdı. Şakiranın yenicə buraxılmış "Las Mujeres Ya No Lloran" (Qadınlar Artıq Ağlamaz) albomundan "Entre Parentesis" adlı ən son musiqi videosunun pərdəarxası şəkillərini paylaşmaqdan hədsiz dərəcədə həyəcanlıyam. Xəyal qurmağı heç vaxt dayandırma". 

Qeyd edək ki, Nika Vəkilova "Karvan" qrupunun təsisçiləri Sevinc Kərimova və Mikayıl Vəkilovun qızıdır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
49
4
Mənbələr
Şərh ()
Bağla