AZ

SENSASİYA: Krokus teraktı iştirakçılarını BUNLAR GÖZLƏYİR? – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

Martın 22-də Moskvadakı “Crocus City Hall”-da qətliam törədən terrorçular cəzalarını ağır rejimli həbsxanada çəkəcəklər.

Bu barədə Moskva İctimai Monitorinq Komitəsinin katibi Aleksey Melnikov məlumat verib."Terror aktı törədənləri yaxşı heç nə gözləmir.

"Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə - 4-6 kvadratmetrlik kamerada olacaqlar. Onlar əlləri bellərində əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar. Kimləsə ünsiyyət qurmaları isə qadağan ediləcək. Yəqin ki, bir də uşaqlarını görməyəcəklər. Ömürlük həbs qorxuncdur, bu cəzaya məhkum olanları görmüşəm, çoxu tezliklə ölüm istəyir", - deyə hüquq müdafiəçisi bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızı Kamranla 1 verilişində müzakirə edəcək.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla