AZ

"Oba Market" 6 min manatadək cərimələnə bilər

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Oba" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla